Advertisement

Ermənistan Qərbin təzyiqi altında XİN və MN xəttilə Rusiya ilə təmaslardan çəkinir – Mixail Qaluzin

Bakı. Trend:

Ermənistan Qərbin təzyiqi altında Xarici İşlər və Müdafiə
Nazirlikləri xəttilə Rusiya ilə təmaslardan çəkinir.

Trend xəbər verir ki, bu barədə “TASS”a
müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini
Mixail Qaluzin deyib.

“2023-cü ilin noyabrından etibarən xarici işlər nazirlərinin
görüşü olmayıb. Tərəfdaşlar Xarici İşlər Nazirlikləri arasında
məsləhətləşmələr üçün növbəti planın hazırlanması və
yekunlaşdırılması təklifimizə maraq göstərmədi. Müdafiə
Nazirlikləri xəttilə təmasların dinamikasının nəzərəçarpan dərəcədə
azalması bizim təqsirimiz ucbatından deyil”,- o deyib.

Bundan başqa, Rusiya XİN rəhbərinin müavini İrəvan və Moskva
arasında hərbi-texniki əməkdaşlığın da zəiflədiyini əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun