Bakı. Trend:
Ermənistanda keşiş Baqrat Srbzanın (Qalstanyanın) etiraz
aksiyasında iştirak edənlərə 5 min dram (təqribən 20 manat) pul
verdiyi məlum olub.
Trend xəbər
verir ki, Ermənistan KİV Qalstanyanın tərəfdarlarının telefon
danışığının stenoqrammasını yayıb.
Məlumata görə, telefon danışığının əvvəlində Qalstanyanın
tərəfdarları söhbətin nədən getdiyinin anlaşılmaması üçün şifrəli
danışaraq dram əvəzinə “düyü” sözündən istifadə ediblər. Belə ki,
onlar 1000 dramı “1 bağlama düyü” ifadəsi ilə əvəz ediblər. Lakin
söhbətin ortasında onlar görünür, şifrəli danışmaqdan yorularaq
etirazlarda iştirak üçün pul təklif olunduğundan açıq şəkildə
danışır, sonda isə nəyisə xatırlayaraq yenidən dram əvəzinə “düyü”
sözündən istifadə edirlər.
Xəbər yenilənəcək





























