Advertisement

Rusiyada yük qatarı avtomobillə toqquşdu, 20 vaqon relsdən çıxdı

Bakı. Trend:

Trans-Baykal dəmir yolunun Qorelıy-Bamovskaya hissəsində yük
qatarı minik avtomobili ilə toqquşub, 20 vaqon relsdən çıxıb.

Trend Rusiya
KİV-ə istinadən xəbər verir ki, qəza Amur vilayətində Bamovskaya
stansiyasında baş verib.

Relsdən çıxan vaqonlar boş olub.

Qəzaya minik avtomobilinin sürücüsünün səbəb olduğu bildirilib.
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Dəmir yolunun qeyd olunan hissəsində qatarların hərəkəti
dayandırılıb. Artıq bərpa işləri aparılır.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun