Advertisement

Şimal-Cənub marşrutu yüklərin 10 gün tez çatdırılmasına imkan verəcək – Putin

Bakı. Trend:

Şimal-Cənub marşrutu yüklərin Süveyş kanalından 10 gün tez
çatdırılmasına imkan verəcək.

Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin
dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

“Şimal-Cənub Nəqliyyat Dəhlizi çox yaxşı və ehtiyac duyulan
beynəlxalq dəhlizə çevrilə bilər. Sankt-Peterburq limanından yüklər
bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və Fars
körfəzi sahillərinə çıxış yolu ilə gedəcək. Bu, Süveyş kanalı ilə
müqayisədə demək olar ki, 10 gün tezdir”, – deyə o bildirib.