
Bakı. Trend:
Gələn aydan başlayaraq Türkiyədə inflyasiya çox kəskin şəkildə
aşağı düşməyə başlayacaq. Yolumuz bu istiqamətdədir. Keçid dövrü
başa çatıb, deflyasiya dövrünə qədəm qoymuşuq.
Trend xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə
naziri Mehmet Şimşək bildirib.
Orta və uzunmüddətli dövrdə iqtisadi böyüməyə təsir edəcək
məqamlara toxunan nazir ticarətdə proteksionizm və parçalanmanın
qlobal artıma mənfi təsir göstərdiyini, süni intellekt və struktur
islahatlarının bunu artıracaq amillər arasında olduğunu deyib.
Nazir investisiya mühitinin yaxşılaşdırılmasını ayrıca müzakirə
etdiklərini və bunun özlüyündə əhəmiyyətli bir məsələ olduğunu
bildirib.
Qlobal iqtisadiyyata inteqrasiyanın vacibliyini vurğulayan
Şimşək bildirib ki, hazırda Türkiyədə həyata keçirilən islahatlar
eyni şəkildə davam etdiriləcəyi təqdirdə iki il ərzində qlobal
normalara görə ölkənin milli gəlirində əlavə 4 ballıq, 4 ildə isə
istehsalda əlavə 8 ballıq artım olacaq.
Mehmet Şimşək Türkiyənin qlobal ticarətdəki problemlərdən
nisbətən daha az təsirlənən ölkələrdən olduğunu, investorların
doğru proqnozlarını artırmaları üçün nəzərdə tutulan sabitlik və
islahat proqramı haqqında məlumat verib.





























