Bakı. Trend:
Ukrayna Silahlı Qüvvələri (AFU) bu yay Belçika, Danimarka,
Niderland və Norveçdən Amerika istehsalı olan 60-dan çox “F-16”
qırıcı-bombardmançı təyyarəsi ala bilər.
Trend xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat
yayıb.
Nəşrin mənbələrinə görə, Kiyev Vaşinqton və Avropa ölkələrindən
“F-16” qırıcılarının döyüş istifadəsi üçün ukraynalı pilotların
hazırlanması proqramını sürətləndirməyi tələb edir.
Ukrayna artıq ABŞ-ı xəbərdar edib ki, o, dərhal Amerikada təlimə
başlamağa hazır olan 30 pilotu göndərə bilər.





























