Advertisement

Kral Çarlzın portretinin əks olunduğu əsginaslar Britaniyada dövriyyəyə buraxılıb

Bakı. Trend:

Kral Çarlzın portretinin əks olunduğu əsginaslar onun taxta
keçməsindən təxminən iki il sonra Britaniyada dövriyyəyə
buraxılıb.

Trend xəbər verir ki, Kral Çarlzın şəkli İngiltərə Bankı
tərəfindən buraxılan 5, 10, 20, 50 funt-sterlinqlik yeni
əsginaslarda görünəcək. Mərhum Kraliça II Yelizavetanın yer aldığı
mövcud əsginaslar da dövriyyəyə davam edəcək. Kral ailəsinin
təlimatlarına uyğun olaraq, yeni banknotlar yalnız köhnələri əvəz
etmək və ümumi tələbat artımına cavab vermək üçün çap olunacaq.

Yeni monarxın şəklindən başqa əsginasların dizaynı dəyişməz
qalıb.