Advertisement

Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı açıqlandı

Bakı. Trend:

Təqribən beş ay ərzində 7825 Qarabağ ermənisi Ermənistanı tərk
edib.

Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistanda yaşayan Qarabağ
ermənilərinin böyük hissəsi İrəvandan əlavə, 21890 nəfər olmaqla,
Kotayk vilayətində məskunlaşıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan
ermənilər könüllü şəkildə Qarabağı tərk edərək, Ermənistana axın
etməyə başlayıb. Azərbaycan hökuməti Qarabağın dinc erməni
əhalisinin təhlükəsizliyinə təminat verərək, onlara Azərbaycan
vətəndaşlığını qəbul edərək, ərazidə qalmalarını təklif edib və
onlar üçün hər cür şəraitin yaradılacağını vəd edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun