Bakı. Trend:
Gürcüstan-Rusiya sərhədində yerləşən “Dəryal” nəzarət-buraxılış
məntəqəsi müvəqqəti olaraq bağlanıb.
Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Məlumata görə, məntəqə Devdoraki çayında suyun səviyyəsinin
qalxması səbəbindən bağlanıb.
Nəzarət-buraxılış məntəqəsinin bütün əməkdaşları təcili təxliyə
olunub, sərhəd polisinin helikopteri əraziyə baxış üçün gəlib.
Bundan başqa, Qveleti kəndi yaxınlığında avtomobil yolu hər iki
istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.





























