Advertisement

Kim Çen In Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir
Putinə seçkilərdə qələbə qazanması münasibətilə təbrik teleqramı
göndərib.

Trend xəbər
verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təbrik teleqramı Şimali Koreyanın Moskva
səfirliyi vasitəsilə təqdim olunacaq.

“Şimali Koreyanın Rusiyadakı səfiri Sin Xon Çxol təbrik
teleqramını yaxın zamanda Rusiyanın Xarici İşlər Nazirliyinə təqdim
edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri keçirilib. Səsvermə
15,16, 17 mart tarixlərində olmaqla, ölkədə ilk dəfə 3 gün davam
edib.

Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, ölkənin
hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində
protokolların 99,43 faizi hesablandıqdan sonra 87,32 faiz səs
toplayaraq irəlidədir.

İkinci yerdə 4,32 faiz səs toplayan Rusiya Federasiyası
Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə
3,79 faiz nəticə ilə Yeni İnsanlar Partiyasının nümayəndəsi
Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,19 faiz səslə
Rusiya Liberal Demokrat Partiyasından (LDPR) olan namizəd Leonid
Slutski qərarlaşıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun