Advertisement

Rusiyada servis avtobusu qəzaya uğradı: ölənlər və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Baykal diyarının Moqoçinsk rayonunda növbəli işçiləri
aparan servis avtobusu qəzaya uğrayıb.

Trend xəbər
verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, qəza avtobusun aşması nəticəsində baş verib.
Nəticədə 32 nəfər yaralanıb, 3 nəfə həlak olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun