
Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronun
Ukraynanın Silahlı Qüvvələrinə təlim keçməsi üçün hərbi təlimçi
göndərmək ideyasını dəstəkləməyib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, Makron Fransanın Ukrayna pilotlarına təlim
keçəcəyini açıqlayıb.
Xatırladaq ki, bu yaxında “Reuters” agentliyi Fransanın yaxın
zamada Ukraynaya hərbi təlimçilər göndərəcəyinə dair məlumat
yaymışdı.
Məlumatda qeyd olunmuşdu ki, Fransa başlanğıc mərhələdə
Ukraynaya məhdud sayda təlimçi, daha sonra isə yüzlərlə mütəxəssis
göndərməyi planlaşdırır.





























