Advertisement

Belarusa qarşı xarici təcavüz Rusiyaya hücum kimi qiymətləndiriləcək – Zaxarova

Bakı. Trend:

Belarusa qarşı xarici təcavüz Rusiya Federasiyasına hücum kimi
qiymətləndiriləcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Litvanın
xarici işlər nazirinin Ukraynanın Belarusa zərbələr endirə biləcəyi
ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Belarusa qarşı xarici təcavüz bütün sonrakı nəticələri ilə
birlikdə Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək”, –
Rusiya XİN nümayəndəsi deyib.

Qeyd edək ki, bu yaxınlarda Litvanın xarici işlər naziri
Gabrielius Landsbergis bildirib ki, Belarusda Rusiya ilə əlaqəli
hərbi hədəflər olarsa Ukrayna ölkə ərazisinə zərbələr endirə
bilər.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun