Advertisement

Kaliforniyada kollec yaxınlığında atışma olub: ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində kollec
yaxınlığında atışma nəticəsində 5 nəfər yaralanıb.

Trend xəbər
verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Yaralılardan biri xəstəxanaya aparılanda yolda həyatını itirib.
Atışmanın kolleclə əlaqəli olmadığı bildirilib.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun