Advertisement

Paşinyan Tavuşa gedib – Trend.Az

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd Tavuş
vilayətinə səfər edib.

Trend xəbər
verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan
sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Paşinyan hazırda Əskipara, Bağanis və digər yaxın
kəndlərin sakinləri ilə görüşlər keçirir.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol
Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin
Tavuş vilayətindən başlayacağını deyib.

“Vəziyyətdən və imkanlardan çıxış etmək lazımdır.
Kommunikasiyaları Ermənistan tərəfi üçün rahat olan yerdə çəkmək,
elə qurmaq lazımdır ki, de-yure olaraq Ermənistan ərazisindən
keçsin”, – o qeyd edib.

Bundan başqa, Paşinyan yaxın günlərdə Tavuşa gedəcəyini
bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun