Bakı. Trend:
Danimarkanın Baş naziri Mette Frederiksen iyunun 7-də axşam
saatlarında Kopenhagendə məruz qaldığı hücum zamanı boynundan
yüngül zərbə alıb.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, insidentlə əlaqədar Frederiksen
planlaşdırılan bir neçə tədbiri ləğv etmək məcburiyyətində
qalıb.
Məlumata görə, hücum edən şəxs saxlanılıb, lakin insidentin
motivi barədə heç nə məlum deyil. 39 yaşlı kişinin hadisə ilə bağlı
şənbə günü günortadan sonra Frederiksburq Məhkəməsində keçiriləcək
məhkəmə iclasına gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, iyunun 7-də naməlum şəxs Danimarkanın baş naziri
Mette Frederiksenə hücum edib.
Hökumət başçısı Danimarka paytaxtının Kyultorve meydanında
olarkən naməlum kişi yaxınlaşaraq onu vurub.





























