Bakı. Trend:
ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron
Gürcüstanın hakim partiyasını “Avroatlantika yoluna qayıtmağa”
çağırıblar.
Trend-in
məlumatına görə, bu barədə dövlət başçılarının birgə bəyanatında
bildirilib,
“ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik niyyətlərində
dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.
Prezidentlər hakim “Gürcü arzusu” partiyasını ictimaiyyətin
istəklərinə hörmətlə yanaşmağa və Avro-Atlantik yola qayıtmağa
çağırıblar”, – deyə Ağ Evin yaydığı sənəddə qeyd olunub.
Dövlət başçıları “Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də
suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü
prinsiplərinə hörmət əsasında ədalətli və davamlı sülhün” bərqərar
olmasını dəstəklədiklərini bildiriblər.





























