Bakı. Trend:
Yəmən sahillərində gəmiyə naməlum şəxslər hücum ediblər.
Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin
Dəniz Ticarət Koordinasiya Mərkəzi bildirib.
Bildirilib ki, Mərkəz Yəmənin Aden şəhərindən 80 dəniz mili
cənub-şərqində Ədən körfəzində insident barədə
məlumatlandırılıb.
Qeyd olunub ki, hakimiyyət orqanları hadisənin baş vermə
səbəbini araşdırırlar.
Hadisə ilə bağlı məlumat Mərkəzə gəminin kapitanından daxil
olub.





























