Bakı. Trend:
Çexiya polisi mümkün terror aktı ilə bağlı məlumatlara görə
ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Trend-in
məlumatına görə, bu barədə “İdnes” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, vağzallarda, ictimai nəqliyyatda və
ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Vit
Rakuşan bildirib ki, polis profilaktik təhlükəsizlik tədbirləri
görür.
“Şübhəli şəxs saxlanılıb, lakin buna baxmayaraq, ehtiyat tədbiri
olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb”, – nazir
özünün X (keçmiş Twitter) hesabında yazıb. Təfərrüatlar barədə
Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra ictimaiyyətə
məlumat veriləcək.





























