Advertisement

Hakan Fidan Rusiyaya səfər edəcək

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyunda Rusiyaya
səfər edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə XİN-dən məlumat verilib.

Hakan Fidan “BRICS” Xarici İşlər Nazirləri Toplantısı
çərçivəsində Nijni Novqorodda keçiriləcək “BRICS+” Sessiyasında
iştirak edəcək.

Keçiriləcək görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya,
Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq
problemlər müzakirə olunacaq.

Məlumat üçün qeyd edək ki, Hakan Fidanın səfəri zamanı Rusiyada
bizneslə məşğul olan türk iş adamları ilə görüşü gözlənilir.