Bakı. Trend:
Narendra Modi bazar günü Hindistanın baş naziri kimi and içərək,
ardıcıl üçüncü dəfə bu vəzifəni icra edəcək.
Trend-in
məlumatına görə, bu barədə “The Times of India” nəşri xəbər
verib.
Yeni Dehlidəki prezident iqamətgahı Raştrapati-Bhavanda
keçirilən mərasimə Hindistan prezidenti Draupadi Murmu rəhbərlik
edib. Tədbirlərdə minlərlə qonaq, o cümlədən Banqladeş, Şri-Lanka,
Nepal, Maldiv liderləri, habelə sənayeçilər və Bollivud ulduzları
iştirak edirdi.
Bildirilib ki, Hindistanın yeni hökumətinin üzvləri də and
içiblər: o cümlədən keçmiş müdafiə naziri Racnath Sinqx, keçmiş
daxili işlər naziri Amit Şah, keçmiş nəqliyyat naziri Nitin
Qandkari və Modinin yaxın silahdaşı, onun “Bharatiya Janata Parti”
Partiyasının (BJP) prezidenti Caqat Prakash Nadda.





























