Bakı. Trend:
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin də daxil
olduğu Avropa Xalq Partiyası Avropa Parlamentinə keçirilən
seçkilərdə böyük fərqlə qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə Brüsseldə keçirilən mətbuat
konfransında Avropa İttifaqı üzrə seçkilərin ilkin nəticələrini
təqdim edən Avropa Parlamentinin sədri Roberta Metsola
bildirib.
Onun sözlərinə görə, partiya 720 yerdən 189-unu alacaq və
bununla da Avropa Parlamentinin hazırkı tərkibi ilə müqayisədə
mövqeyini yaxşılaşdıracaq.
Sosialistlər ikinci yerdədir – 135 mandat, liberallar üçüncü
yerdə – 80, ifrat sağçılar dördüncü yerdə – 72 mandat, “İdentiklik
və Demokratiya” fraksiyasından olan ifrat sağçılar beşinci
yerdədir.





























