Advertisement

Benni Qantz İsrail hökumətini tərk etmək qərarına gəlib

Bakı. Trend:

İsrailin Hərbi Kabinetinin naziri Benni Qantz bazar günü baş
nazir Benyamin Netanyahu ilə fikir ayrılıqları səbəbindən hökuməti
tərk etmək qərarını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə “The Jerusalem Post” nəşri
xəbər verib.

“Netanyahu Qəzza zolağında qələbəyə doğru irəliləməyimizə mane
olur. Ona görə də bu gün hakimiyyətdən ürək ağrısı ilə ayrılıram”,
– deyə B.Qantz bildirib.

Bundan əlavə, B.Qantz keçən həftə ABŞ prezidenti Co Baydenin
çağırdığı İsrail-Həmas barışıq təklifini dəstəklədiyini
bildirib:

“Baş nazirdən bu planı dəstəkləmək üçün lazımi cəsarət
göstərməsini tələb edirəm”.