
Bakı. Trend:
Litvada Rusiyadan idxal olunan taxıla nəzarət gücləndirilib.
Trend xəbər
verir ki, bu barədə Litvanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat
xidməti məlumat yayıb.
Məlumata görə, Litvada qanunvericilik aktlarında martın 18-dən
qüvvəyə minən dəyişikliklərə əsasən, “yüksək riskli” ölkələrdən
idxal olunan bütün yem taxılı və ondan əldə olunan məhsullar
yoxlanışdan keçiriləcək. Bunun üçün məhsulların gətirildiyi hər bir
vaqondan və ya nəqliyyat vasitəsindən nümunələr götürüləcək.
Qeyd olunub ki, Litvaya idxal olunan taxılın keyfiyyətinə
nəzarət ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə
tədbirlərindən yalnız biridir. Belə ki, tezliklə tranzit yolu ilə
Litva ərazisindən keçirilən taxılın mənşəyi yoxlanılacaq.





























