Advertisement

Putinin yaxın həftələrdə Şimali Koreya və Vyetnama səfəri gözlənilir

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinin yaxın həftələrdə Şimali
Koreya və Vyetnama səfəri gözlənilir.

Trend xəbər
verir ki, bu barədə bəzi Rusiya KİV diplomatik mənbələrə istinadən
məlumat yayıb.

Məlumata görə, Putinin iyun ərzində ilk öncə Şimali Koreyaya,
ondan dərhal sonra isə, Vyetnama səfəri baş tuta bilər.

Qeyd olunub ki, Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr
Matseqora Putinin Pxenyana səfər edəcəyinə dair məlumatı KİV-ə
təsdiqləyib və hazırda səfər üçün aktiv hazırlıq işlərinin
görüldüyünü əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun