Advertisement

Ermənistan Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işlərini həyata keçirməkdədir – İran XİN sözçüsü

Bakı. Trend:

Ermənistan Təbriz şəhərində baş konsulluğun açılması
istiqamətində lazımi hazırlıq işlərini həyata keçirməkdədir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin
mətbuat katibi Nasir Kənani 10 iyunda Tehranda keçirilən mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, ötən illərdə İran və Ermənistan qarşılıqlı
olaraq Qafan və Təbriz şəhərində baş konsulluqların açılması
istiqamətində anlaşma memoranduu imzalayıb. Bu anlaşma çərçivəsində
İranın Qafanda baş konsulluğu fəaliyyətə başlayıb.

İran XİN rəsmisi bildirib ki, ötən ildə İran xarici işlər
nazirinin Ermənistana səfəri çərçivəsində Ermənistan tərəfinin
Təbriz şəhərində baş konsulluq açması ilə əlaqədar İran tərəfinin
razılıq verdiyini elan edib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 4
iyunda Ermənistanın bu il 4 ölkədə diplomatik nümyaəndəliyi
yerləşdirmək niyyətində olduğunu və Ermənistanın Təbriz şəhərində
baş konsulluq açmasına qərar verildiyini qeyd edib.