
Bakı. Trend:
7 oktyabr 2023-cü il tarixində İsrail-Həmas münaqişəsi
başlayandan indiyədək hərbi əməliyyatlar nəticəsində Qəzza
zolağında yaşayan 13 mindən çox uşaq həlak olub.
Trend xəbər
verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun
(UNICEF) icraçı direktoru Ketrin Rassel “CBS” teleşirkətinə
müsahibəsində deyib.
“İndiyədək 13 mindən çox uşaq həlak olub, bu həqiqətən dəhşətli
rəqəmdir”, – deyən Rassel daha min yeniyetmənin yaralandığını və ya
dağıdılmış binaların altında qaldığını əlavə edib.
Qeyd edək ki, martın 17-də Fələstin anklavının Səhiyyə
Nazirliyinin yaydığı məlumata görə, 2023-cü il oktyabrın 7-də hərbi
əməliyyatlar başlayandan indiyədək 31,6 mindən çox fələstinli həlak
olub, yaralananların sayı isə 73,6 mini ötüb.





























