Bakı. Trend:
İraq məhkəməsi bir əcnəbi də daxil olmaqla yeddi narkotik
alverçisinə ölüm hökmü çıxarıb.
Trend xəbər verir ki, bununla bağlı İraq Ali Məhkəmə Şurasının
mətbuat xidməti bəyanat yayıb.
Məlumatda qeyd olunub ki, məhkumlar qonşu ölkələrdən narkotik
vasitələrin idxalı və ixracı ilə məşğul olduqları üçün ölüm
cəzasına məhkum ediliblər.
2003-cü ildən sonra İraqı bürümüş xaos və münaqişələr bu ölkədə
narkotik təhlükəsi ilə effektiv şəkildə mübarizə aparmağa mane
olub.
2023-cü ilin mayında İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani
narkotiklərə qarşı mübarizənin aparılmasının vacibliyini
vurğulayaraq onun alverinin və dövriyyəsinin terrorizmin
maliyyələşdirilməsinin əsas yollarından biri olduğunu bildirib.





























