Bakı. Trend:
Türkiyənin Adana vilayətinin Feke rayonunda meşə sahəsində
yanğın başlayıb.
Trend xəbər verir ki, bu
barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, Konakkuran ərazisində meşəlik ərazidə çıxan
yanğının səbəbi məlum deyil.
Yanğını lokallaşdırılması üçün hadisə yerinə Meşə Region
Müdirliyi qrupları, həmçinin təyyarələr, helikopterlər və
yanğınsöndürən maşınlar cəlb edilib.





























