Bakı. Trend:
Polşa hökuməti Belarusla sərhəddə bufer zonasının qaytarılması
ilə bağlı qərarı təsdiq edib.
Trend xarici KİV-lərə
istinadənxəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk
jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Belarusla sərhəddə xüsusi zona ilə bağlı qərar
təsdiqlənib.
“Bu zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə bəzi
ərazilərdə 200 metrdən 2 kilometrə qədər olacaq”, – Tusk əlavə
edib.





























