Advertisement

Lavrov iranlı həmkarı ilə beynəlxalq və regional məsələləri müzakirə edib

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici
işlər naziri səlahiyyətlərini icra edən Əli Bagiri Rusiyanın Nijni
Novqorod şəhərində keçirilən görüş əsnasında qarşılıqlı maraq
doğuran əsas beynəlxalq və regional məsələləri müzakirə
ediblər.

Trend xəbər verir ki, bu
barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı BRİCS və ŞƏT çərçivəsində qarşılıqlı
fəaliyyət danışıqların əsas mövzularından olub.

Qeyd edək ki, İranın xarici işlər naziri vəzifəsini icra edən
Əli Baqeri iyunun 10-da Rusiyaya səfər edib. O, BRICS-in xarici
işlər nazirlərinin iclasında iştirak edib.