Advertisement

BMT TŞ Qəzzada atəşkəslə bağlı ABŞ-ın qətnamə layihəsini qəbul edib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin HƏMAS
hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs
verib.

Trend xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü
bu sənədin lehinə səs verib.

ABŞ-ın təklif etdiyi qətnamə layihəsi yeddi bənddən ibarətdir,
bunlardan birincisi HƏMAS-ı razılaşmanı qəbul etməyə və həmçinin
bütün tərəfləri heç bir şərt və ya gecikmə olmadan onun
müddəalarını tam şəkildə yerinə yetirməyə çağırışdır.

Bundan əlavə, sənəddə vurğulanır ki, atəşkəs üzrə
məsləhətləşmələr altı həftədən çox uzanarsa, o zaman atəşkəs
danışıqlar davam etdiyi müddətdə qüvvədə qalacaq. Qətnamədə,
həmçinin BMT-yə üzv olan bütün ölkələr sazişin həyata keçirilməsini
dəstəkləməyə çağırılır, İsrail və Fələstin arasındakı münaqişənin
iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir
daha təsdiqlənir.