Advertisement

Çində güclü zəlzələ olub – Trend.Az

Bakı. Trend:

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində 5
bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir, zəlzələnin ocağı Bayan-Göl-Monqolustan
ərazisində, 20 km dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.