
Bakı. Trend:
Ermənistanda Şirak vilayət administrasiyasının 2 əməkdaşı həbs
olunub.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə
Komitəsi yerli KİV-ə məlumat verib.
Məlumata görə, saxlanılan şəxslər Şəhərsalma İdarəsinin rəisi və
böyük mütəxəssisidir. Onlar rüşvət almaqda ittiham olunurlar.
Qeyd edək ki, sözügedən şəxslər martın 15-də saxlanılıb. Onların
biri ev dustaqlığına həbs edilib, digərinin isə ölkədən çıxışına
qadağa qoyulub.





























