Advertisement

Paşinyanın partiyası hökumətin istefası ilə bağlı parlament iclasını pozmağı planlaşdırır – KİV

Bakı. Trend:

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası hökumətin
istefası ilə bağlı müxalifətin təşəbbüsü ilə keçiriləcək parlament
iclasını pozmağı planlaşdırır.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Qəzet yazır ki, “Vətəndaş müqaviləsi” fraksiyasının
toplantısında Ermənistan parlamentinin təcili iclası üçün kvorumun
təmin edilməməsinə qərar verib. Partiya üzvləri arasında bu
məsələdə fikir ayrılığı olmayıb, hamı yekdilliklə bu fikirdə olub
ki, müxalifətin təşəbbüsü ilə hökumətin istefası ilə bağlı iclas
keçirilməməlidir.

Qeyd edək ki, iyunun 17-də Ermənistan parlamentində mövcud
hökumətin istefası məsələsini müzakirə etmək üçün növbədənkənar
iclasın keçirilməsi nəzərdə tutulur.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun