Bakı. Trend:
Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarə
Liloneqvedən havaya qalxdıqdan sonra radarlardan itmişdi. Sonradan
daha doqquz nəfərin olduğu təyyarənin qəzaya uğradığı və
sərnişinlərin hamısının həlak olduğu bildirilib.
Trend xəbər verir ki, bu barədə “The Sun” nəşri Malavi
Prezidentinin administrasiyasına istinadla məlumat yayıb.
Malavinin lideri Lazarus Çakvera ölkədə milli matəm elan edib və
həlak olanların dəfn ediləcəyi vaxtadək Dövlət bayrağının yarıyadək
endirilməsi əmrini verib. Qəzaya uğrayan təyyarədə Malavinin keçmiş
birinci xanımı Şanil Muluzi də olub.





























