
Bakı. Trend:
Fransa prezidentinin administrasiyası Emmanuel Makronun
parlament seçkilərində sağçılar qələbə qazanacağı təqdirdə istefaya
gedəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Fransa prezidenti çevrəsi ilə bununla bağlı
müzakirələr aparmır.
Qeyd edək ki, bir qədər əvvəl xarici KİV Fransa prezidenti
Emmanuel Makronun parlament seçkilərində sağçılar qələbə qazanacağı
təqdirdə istefaya gedə biləcəyinə dair məlumat yayıb.





























