
Bakı. Trend:
Qəzza zolağında “Al Şifa” xəstəxanasında təşkil olunan reyd
zamanı HƏMAS-ın daxili təhlükəsizlik idarəsinin rəhbəri Faiq Məbhux
öldürülüb.
Trend xəbər
verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumatda Məbhuxun xəstəxanada gizləndiyi və silahlı olduğu,
qonşu otaqda isə çox sayda silahın aşkarlandığı qeyd olunub.





























