Advertisement

Rusiya ilə İran arasında əhatəli saziş razılaşdırılıb – Lavrov

Bakı. Trend:

Rusiya ilə İran arasında əhatəli saziş Tehran tərəfindən bu
sənəddə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur
qaydalarının yerinə yetirilməsindən sonra imzalana bilər.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri
Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələrinin iclasının
yekunlarına dair keçiriləm mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sənədin prezidentlərin təsdiqinə və
müvafiq olaraq imzalanmaya təqdim edilməsi üçün İran İslam
Respublikası tərəfindən sazişdə təsbit edilmiş məsələlər üzrə bir
sıra prosedur qanunvericilik qaydalarının yerinə yetirilməsi
lazımdır.

“Hələ ki, onlar yerinə yetirilməyib. Sənədin mətni tam
razılaşdırılıb”, – Lavrov əlavə edib.