
Bakı. Trend:
Hindistandan gətirilən silahlar artıq bir ildir ki,
Ermənistandadır, lakin yararsız vəziyyətdədir.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak
Karapetyan yerli KİV-ə müsahibəsində deyib.
O bildirib ki, əlində Hindistandan gətirilən silahların
vəziyyətinə dair yazılı məlumat var.
Xatırladaq ki, ötən ilin noyabr ayında Hindistanın “Munitions
India Limited” şirkəti Ermənistana 150 min ədəd 30 və 40 mm çaplı
qranat göndərəcəyini bildirib.
Ötən ilin sentyabr ayında isə Hindistanın Ermənistana 5 milyon
ədəd 7,62 mm çaplı patron göndərdiyi qeyd olunub.
KİV-in məlumatına görə, 2023-cü ilin ilin avqust ayında
Ermənistan Hindistandan altı ədəd 155 mm çaplı “ATAGS” qaubitsa
alıb. Bu, Hindistanla imzalanmış böyük müqavilə çərçivəsində
Ermənistana daxil olan ilk partiya idi. Müdafiə sazişi Ermənistana
155,5 milyon ABŞ dolları dəyərində 90 ədəd “ATAGS” göndərilməsini
nəzərdə tutur. Bundan başqa, növbəti 3 il ərzində Ermənistana
mərhələli şəkildə daha 84 qaubitsa çatdırılmalıdır.





























