Advertisement

BMT Yəməndə saxlanılan təşkilatın əməkdaşlarının dərhal azad edilməsinə çağırıb

Bakı. Trend:

BMT Yəməndə saxlanılan təşkilatın bütün işçilərini azad etməyə
çağırır və casusluq ittihamlarını rədd edir.

Trend-in
məlumatına görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı
Folker Türk deyib.

“BMT-nin 13 əməkdaşı, o cümlədən mənim idarəmdən altısı
saxlanıldıqdan sonra mən Sənadakı faktiki Yəmən hakimiyyətini
onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıram”, – deyə
F.Türki bildirib.

O, həmçinin BMT və beynəlxalq qeyri-hökumət təşkilatlarına üzv
olduqlarına görə saxlanılan digər şəxslərin də azad edilməsinə
çağırıb.

F.Türk əlavə edib ki, o, saxlanılan işçilərə qarşı husilərin
ittihamlarını qəti şəkildə rədd edir və onların saxlanma
şəraitindən dərin narahatdır.