Bakı. Trend:
Niderland Ukraynanın bərpası üçün müxtəlif layihələrin həyata
keçirilməsi üçün 138 milyon avro ayırır.
Trend-in məlumatına görə, bu barədə Niderlandın Baş naziri Mark
Rütte öz “X” səhifəsində bildirib.
“Niderland həyati əhəmiyyətli enerji infrastrukturunun təmiri,
humanitar yardım və biznesin bərpası təşəbbüsləri üçün 138 milyon
avroluq yeni yardım paketi ayırır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Niderland “Patriot” kompleksinin Ukraynaya
tədarükü ilə bağlı beynəlxalq tərəfdaşlarla danışıqlar
aparırır:
“Bu təşəbbüs çərçivəsində Niderland bir radar və üç buraxılış
qurğusu göndərib”.





























