Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyanın parlament iclasında
iştirakından əvvəl ölkənin Təhlükəsizlik Xidmətinin əməkdaşları
zalda yoxlanışlar aparıb.
Trend xəbər
verir ki, bununla bağlı Ermənistan parlamentindən videogörüntülər
erməni KİV-də yayılıb.
Belə ki, Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları zalda
hər bir kreslonun altını yoxlayıblar.
Qeyd olunub ki, adətən, iclaslardan əvvəl burada parlamentin
təhlükəsizlik üzrə əməkdaşları işləyir.





























