Advertisement

Erməni xalqı hökuməti dəyişmək istəsə bunu edəcək – Paşinyan

Bakı. Trend:

Ermənistan xalqı hökuməti dəyişmək istəsə bunu edəcək.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan
parlamentdə jurnalistlərə deyib.

“Görünür, müxalifət özü hökumətin istefası ilə bağlı çağırışın
müzakirəsində iştirak etməyib”, – o deyib.

Paşinyan Ermənistan parlamentinin binasında toplaşan çoxsaylı
polis qüvvələri ilə bağlı açıqlamasında isə bunun dövlət
binalarının, eləcə də dinc toplantıların sakinlərinin hüquqlarının
qorunması üçün adi prosedur olduğunu deyib.

Qeyd edək ki, bugün Ermənistan parlamentində baş nazir Nikol
Paşinyanın iştirakı ilə “Hökumət saatı” keçiriləcək.

Eyni zamanda Ermənistanda müxalifətin etirazlara rəhbərlik edən
keşiş Baqrat Srbazan (Qalstanyan) öz tərəfdarlarını 12 iyun saat
15:00-da parlament binasının qarşısında etiraz aksiyasına
çağırıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun