Advertisement

G7 liderləri HƏMAS-ı atəşkəsə razılaşmağa çağırır

Bakı. Trend:

Yeddilik (G7) ölkələrinin liderləri Fələstinin HƏMAS qrupunu ABŞ
prezidenti Co Baydenin təklif etdiyi İsraillə atəşkəs razılaşmasını
qəbul etməyə çağıracaqlar.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, G7 ölkələri bu həftə keçirəcəkləri illik
toplantının sonunda açıqlayacaqları kommünikedə də İsraili Rəfah
şəhərində genişmiqyaslı hərbi hücumdan sonra gərginliyi azaltmağa
çağıracaqlar.

G7-nin dili İsrailin baş naziri Benyamin Netanyahunu rəsmi
olaraq atəşkəs təklifini qəbul etməyə məcbur etmək məqsədi
daşıyır.