Bakı. Trend:
Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir
vilayətlərində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına
alınıb.
Məlumata görə, hazırda Çanaqqala, Sinop və Muğlada alovlara
qarşı havadan və qurudan müdaxilə davam edir.
Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada
bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə
yanğınsöndürmə işlərinin davam etdiyini deyib. Digər vilayətlərdə
də alovların söndürülməsi istiqamətində işlər davam edir.
İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər
saxlanılıb.





























