Bakı. Trend:
Ötən gün Fransa polisi İran hakimiyyətinə müxalif Xalq
Mücahidləri Təşkilatının Parisdə yerləşən mənzil-qərargahına hücum
edib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Fransa polisinin hansı səbəbdən İran hakimiyyətinə müxalif
təşkilatın mənzil-qərargahına hücum etməsi ilə əlaqədar əlavə
məlumat verilməyib.
Bildirilir ki, Xalq Mücahidləri Təşkilatının lideri Məryəm
Rəcəvinin səhhətində ciddi problem var və xəstəxanaya
yerləşdirilib.
Ötən il də Albaniya polisi paytaxtda Xalq Mücahidləri
Təşkilatına məxsus mənzil-qərargahına hücum edib.
Qeyd edək ki, Xalq Mücahidləri Təşkilatı yarım-hərbi
islamçı-solçu təşkilatdır. Bu təşkilat 1965-ci ildə yaradılıb. Bu
təşkilat İranda həm şahlıq dövründə, həm də İslam İnqilabından
sonra hakimiyyətə qarşı silahlı mübarizə aparıb. Bu təşkilat İranda
terror qruplaşması kimi tanınır.





























