Advertisement

Paşinyan dünənki toqquşmalara görə II Qaregini və Köçəryanı ittiham edib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlament binasının
qarşısındakı toqquşmalara görə bütün ermənilərin katalikosu II
Qaregini və ölkənin 2-ci prezidenti Robert Köçəryanı ittiham
edib.

Trend bu
barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Qaregin və Köçəryanın rəhbərlik etdiyi
hərəkatın tərəfdarları dünən polislərə hücum edib.

Baş nazir polisin cavabının düzgün və peşəkar olduğunu
bildirib.

Qeyd edək ki, Ermənistanda dünən parlament binasının
qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım
üçün müraciət edib.

Məlumata görə, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər
müşahidə altında saxlanılıb. Biləyi zədələnən bir nəfər əməliyyat
olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir

Həmçinin qeyd edək ki, bu gün səhərdən etiraz aksiyasının
iştirakçıları artıq İrəvanda Respublika meydanında, Hökumət Evinin
qarısında toplanıb. Ərazidə polis kordonları da var.

Dünən məlum olub ki, İrəvanda polis parlament binası
yaxınlığında etirazçılara qarşı səs-küylü qumbaralardan istifadə
edir. Etirazçılardan birinin biləyi qopub.

Ermənistanda etirazlar aprelin ortalarından keçirilir. Hərəkat
“Vətən naminə Tavuş” adını alıb, etiraz iştirakçıları arxiyepiskop
Baqrat Qalstanyanın başçılığı ilə İrəvana yürüşə başlayıb.
Qalstanyan həmçinin müxalifətin Paşinyana qarşı impiçment
proseduruna başladığını bildirib.

Paşinyan hələ may ayında kilsəni təsir agenti adlandırıb və
yaxın aylarda bu problemi həll edəcəyini bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun