Bakı. Trend:
İranın Xuzistan, İlaam, Kirmanşah və Lorestan vilayətlərində
meşə yanğınlarının söndürülməsi üçün 5 ədəd helikopter və 1 “İl”
təyyarəsi göndərilib.
Trend-in məlumatına görə, bunu İranın Fövqəladə Hallar
Təşkilatının sözçüsü Hüseyn Zəfəri deyib.
Onun sözlərinə görə, hazırda meşə yanğınlarının həm qurudan və
həm də havadan söndürülməsi üzrə əməliyyatlar davam etdirilir.
Zəfəri bildirib ki, çətin relyefli meşəlik ərazilərində yanğının
söndürülməsi üçün havadan dəstək həyata keçirilir:
“Bəzi ərazilərdə yanğın söndürülsə də, yenidən yanğının baş
verməsi mümkündür. Buna əsasən ərazilərdə yanğın təhlükəsi ilə
bağlı yoxlamalar aparılır”.
Qeyd edək ki, İranda meşə yanğınları ötən gündən etibarən
başlayıb.





























