Advertisement

Rusiya Ermənistanın KTMT ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacaq – Peskov

Bakı. Trend:

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
(KTMT) ilə bağlı mövqeyinə aydınlıq gətirmək üçün onunla işləməyə
davam edəcək.

Trend Rusiya
KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin
mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin, İrəvan və Moskvanın tərəfdaşlıq və müttəfiqlik
münasibətlərinə sadiq qalacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol
Paşinyan bildirib ki, KTMT-yə üzvlük dondurulduqdan sonra növbəti
məntiqi addım Ermənistanın təşkilatdan çıxması olacaq.

O bildirib ki, bu addımın məhz nə zaman atılacağına Ermənistan
hakimiyyəti qərar verəcək.

Bu ilin may ayında isə Ermənistan XİN ölkənin 2024-cü il üzrə
KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini
açıqlayıb.

“Ermənistan Respublikası KTMT-nin Kollektiv Təhlükəsizlik
Şurasının “KTMT-nin 2024-cü il üzrə büdcəsi haqqında” 23 noyabr
2023-cü il tarixli qərarına qoşulmaqdan və bu qərarla təşkilatın
nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan
kənarda qalacaq, lakin məhdud formatda bu qərarın qəbuluna etiraz
etmir”, – Ermənistan XİN-in açıqlamasında deyilir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun